12px14px16px18px

28 təhsil müəssisəsinə lisenziya verilib

10:13 / 28.03.2012
Ötən il ərzində Təhsil Nazirliyinin akkreditasiya şöbəsinə lisenziya alınması ilə bağlı 60 müraciət daxil olub. Təhsil Nazirliyinin akkreditasiya şöbəsindən verilən məlumata görə, müraciət daxil olan müəssisələrin 18-i özəl məktəbəqədər təhsil, 2-si ümumtəhsil müəssisəsinə lisenziya verilməsi, 8-i isə özəl ali, ümumtəhsil və məktəbəqədər təhsil müəssisələrinə verilən lisenziyanın müddətinin artırılması ilə bağlıdır. Digər ərizə və məktublar məktəbəqədər təhsil müəssisələrinə, mühafizə xidməti və hazırlıq kurslarına lisenziya verilməsi barədə olub. Həmin məktublarda qaldırılan məsələlər araşdırılıb və müəssisələrə müvafiq cavab məktubları göndərilib. Sənədləri qaydasında olmayan və ya standartların tələblərinə cavab verməyən müəssisələrə lisenziya verilməsinə imtina edilib. Lisenziya almaq üçün təsisçilər tərəfindən nazirliyə təqdim olunan sənədlərin qeydiyyatı aparılıb. Bu müraciətlərin araşdırılması üçün Təhsil Nazirliyinin müvafiq əmrləri ilə neytral şəxslərdən ibarət ekspert qrupları yaradılıb. Ekspert qrupları həmin müəssisələrdə olub, onların maddi-texniki bazasına baxış keçirib və nəticəsinə dair arayışlar təqdim ediblər. Həmin arayışlar şöbədə araşdırıldıqdan sonra nazirliyin lisenziya komissiyasının müzakirəsinə çıxarılıb.
Lisenziya komissiyasının qərarına uyğun olaraq 28 təhsil müəssisəsinə lisenziya verilməsi barədə əmr layihəsi hazırlanıb, müzakirələrin nəticəsinə dair 200 səhifədən artıq həcmdə protokol tərtib edilib, həmin müəssisələrə verilməli lisenziyalar hazırlanıb.
S.QARAYEVA



Bu yazı ( 95 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar