12px14px16px18px

“British Council” və “Mədəd” təşkilatından yeni layihə

10:12 / 28.03.2012
“British Council” və Azərbaycanın “Mədəd” təşkilatı birgə layihə həyata keçirəcəklər. “British Council”in Azərbaycan nümayəndəliyinin mətbuat xidmətindən verilən məlumata görə, layihənin məqsədi ingilis dilinin tədrisi prosesində elektron tədris resurslarından istifadə istiqamətində müəllimlərin imkanlarını genişləndirməkdir. Layihə müddətində peşəkar inkişaf imkanları vasitəsilə ingilis dilinin öyrənilməsi və tədrisi üzrə “British Council”in resursları haqda 200 müəllim, həmçinin 500 tələbənin bilikləri artırılacaq. Təlimlərdən Bakı, Sumqayıt, Şirvan, Göyçay və Mingəçevirdən olan müəllimlər faydalana biləcəklər.
İştirakçılar təhsildə ingilis dilinin tədrisində elektron resurslardan istifadə edilməsi haqda yeni üsulların öyrənməsi və bacarıqların inkişaf etdirilməsi məqsədi ilə bir sıra təlim sessiyalarında iştirak edəcəklər. Məlumatda bildirilib ki, təlimdən sonra müəllimlər “British Council” və “Mədəd” təşkilatının köməyi ilə təcrübələrini bölüşmək və şəbəkələşmək imkanı əldə edəcəklər.
Qeyd edək ki, “British Council”in bu innovativ tədris resursları gündəlik sinif fəaliyyətinə inteqrasiya olunacaq.
S.QARAYEVA




Bu yazı ( 102 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar