12px14px16px18px

“Peşə məktəblərində oxumaq üçün daha çox oğlanlar müraciət edir

00:29 / 19.03.2012
” Ötən il Azərbaycanda peşə ixtisas təhsili müəssisələrində oxumaq üçün müraciət edənlərin çoxu oğlanlar olub.Təhsil Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, 2011-2012-ci ildə ilk peşə-ixtisas təhsili müəssisələrinə qəbul üçün ümumilikdə 20 818 nəfər müraciət edib. Müraciət edənlərdən 13840 nəfəri oğlan, 6978 nəfəri qız olub. Bunlardan da 7497 nəfəri (36 faiz) 14-16, 7603 nəfəri (36,5 faiz) 17-20, 4367 nəfəri (21 faiz) 21-30 yaş arasında, 1351 nəfəri isə (6,5 faiz) 31 yaşdan yuxarı olub. Müraciət edənlərdən 17280 nəfəri ilk peşə-ixtisas təhsili müəssisələrinə ilk dəfə müraciət edib. Bundan əlavə, müraciət edənlərdən 3150 nəfəri (15,1 faiz) hərbi xidmətdən sonra, 1894 nəfəri (9,1 faiz) ali və ya orta-ixtisas təhsili müəssisələrinə qəbul olunmadıqdan sonra, 1680 nəfəri (8,1 faiz) əvvəllər iş təcrübəsi olanlar, 429 nəfəri isə (2,1 faiz) hazırda işləyənlər olub. Məlumatda bildirilib ki, 2011-2012-ci dərs ilində ilk peşə ixtisas təhsili müəssisələrinə ümumilikdə 16895 nəfər qəbul planı müəyyən edilib. Həmin yerlərin 14190-ı dövlət vəsaiti hesabına, 2705-i ödənişli əsaslarla olub. Hazırda Təhsil Nazirliyinin tabeliyində 106 peşə təhsili müəssisəsi, o cümlədən 45 peşə liseyi, 2 peşə tədris mərkəzi və 59 peşə məktəbi fəaliyyət göstərir. Peşə məktəblərindən 8-i cəzaçəkmə müəssisələrindədir. 2010-cu illə müqayisədə ötən il peşə təhsili müəssisəsinin sayı azalıb. Belə ki, Nazirlər Kabinetinin müvafiq sərəncamları ilə Sumqayıt 2 və 4 nömrəli peşə liseylərinin bazasında Sumqayıt 10 nömrəli peşə liseyi yaradılıb və 11 nömrəli Bakı peşə liseyi Azərbaycan Turizm İnstitutunun tərkibinə verilib. S.QARAYEVA


Bu yazı ( 135 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar