12px14px16px18px

Qafqaz Universitetində tədbir keçirildi

01:52 / 15.03.2012  
Dünən Qafqaz Universitetində “Sərhədsiz şəfqət”adlı tədbir keçirildi.Tədbiri giriş sözü ilə Qafqaz Universitetinin rektoru Ahmet Saniç açdı və bildirdi ki,mart ayının 11- dən etibarən “Lider qadınlar” İctimai Birliyinin və Dialoq Avrasiya təşkilatının dəvəti ilə Türkiyədən bir qrup nümayəndə heyəti Bakıda səfərdədir.Səfər çərçivəsində bir sıra tədbirlər təşkil olunmuşdur.Bunlardan biri də “Analığın qorunması minilliyin əsas məqsədidir” adlı beynəlxalq konfrans keçirilmişdir.Ahmet Saniç öz çıxışında həmçinin bildirdi ki, bugünkü tədbir də həmin səfər çərçivəsində həyata keçirilir.Belə ki, Türkiyədə fəaliyyət göstərən iqtisadçı, sosioloq Nazife Şişman həmçinin bir yazardır.Onun bu yaxınlarında yeni ərsəyə gətirdiyi “Yeni insan kaderle tasarım arasında” adlı kitabı müəllifin sayca ikinci kitabıdır. Kitab giriş hissədən və 14 bölümdən ibarətdir. Sonra “Lider qadınlar” İctimai Birliyinin sədri Məlahət İbrahimqızı çıxış edərək Türkiyədən gəlmiş nümayəndə heyətinin bu səfərini çox yüksək qiymətləndirdi.Həmçinin Nazife Şişmanın “Yeni insan kaderle tasarım arasında” adlı kitabının Azərbaycan oxucuları üçün də çox dəyərli stolüstü kitabına çevriləcəyinə əminliyini bildirdi. Yer üzü Beynəlxalq Doktorlar Təşkilatının könüllüsü, Türkiyə Qadın Sağlıqçılar Təşkilatının İdarə Heyətinin üzvü Sara Davudoğlu çıxış edərək Azərbaycana səfərindən məmnun olduğunu bildirdi və bugünkü tədbirin də məhz Qafqaz Universitetində keçirildiyi üçün rektor Ahmet Saniçə öz təşəkkürünü bildirdi. Qafqaz Universitetinin müəllimləri Nazife Şişmanın “Yeni insan kaderle tasarım arasında” adlı kitabının nəinki müəllimlər üçün həmçinin burada təhsil alan tələbələr üçün dəyərli vəsait olaraq bir töhfə olduğunu bildirdilər.Həmçinin müəllifin özü və yazdığı kitab haqqında xoş fikirlər səsləndirdilər. Tədbirin sonunda Qafqaz Universitetinin rektoru Ahmet Saniç Sara Davudoğluna, Nazife Şişmana,Məlahət İbrahimqızına və digər qonaqlara xatirə plaketi və hədiyyələr təqdim etdi. S.QARAYEVA


Bu yazı ( 141 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar