12px14px16px18px

Turizm İnstitutu tədris layihələri üzrə treninqlər təşkil edir

01:53 / 14.03.2012
Azərbaycan Turizm İnstitutu Məzunlar Assosiasiyası (ATİMA) yarandığı gündən müxtəlif təyinatlı layihələrə imza atıb. Azərbaycan Turizm İnstitutunun mətbuat xidmətindən verilən məlumata görə, ölkədə fəaliyyət göstərən brend otellərin baş menecerləri ilə gerçəkləşən görüşlərdən sonra ATİMA bu dəfə məzun və tələbələrin istəyi ilə geniş spektrli seminar və treninqlər keçirməyi qərarlaşdırıb. Tədris layihələri çərçivəsində ilk treninqlər ötən həftə (3-10 mart) keçirilib. Açılış törənini ATİ-nin rektoru tarix elmləri doktoru, professor Cəfər Cəfərov açıb. Rektor C.Cəfərov Azərbaycan Diplomatiya Akademiyasının İnsan resursları meneceri Lutful Kabirin bilik və təcrübəsindən çox faydalana biləcəklərinə əminliyini bildirib, iştirakçılara uğurlar arzulayıb. Lutful Kabirin apardığı 2 günlük “Layihə menecmenti” treninqində 100 nəfərə yaxın tələbə və məzun iştirak edib. Treninq iştirakçılarına layihələrin rentabelliyi və davamlılığı, başlıca parametrik xüsusiyyətləri, büdcə hesablanması qaydaları və fəaliyyət planlarının tərtib olunması, beynəlxalq donor təşkilatlar və onlarla iş prinsipləri geniş tədris olunub.
S.QARAYEVA


Bu yazı ( 148 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar