12px14px16px18px

Azərbaycanda inklüziv təhsilin imkanları müzakirə olunub

00:51 / 10.03.2012
Dünən Bakıda “Azərbaycanda əlilliyi olan uşaqların inklüziv təhsilində maneələr və imkanlar” mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə çıxış edən Uşaq Hüquqları üzrə QHT Alyansının İdarə Heyətinin sədri Nazir Quliyev deyib ki, əlilliyi olan uşaqların inklüziv təhsilə cəlb edilməsi üçün Azərbaycanda inklüziv təhsil layihəsi həyata keçirilir: “Lakin belə uşaqların təhsilə cəlb edilməsi çox aşağı səviyyədədir. Əlil uşaqların təhsil və gələcəkdə məşğulluq problemlərinin həll edilməməsi onların yaşayışlarını daha da çətinləşdirir”. N.Quliyevin sözlərinə görə, Azərbaycanda əlilliyi olan 4200 nəfər qeydə alınıb ki, bunun da 60 minə yaxını əlil uşaqlardır. N. Quliyev BMT-nin Uşaq Hüquqları Komitəsi uşaq hüquqlarının müdafiəsi ilə bağlı Azərbaycana tövsiyələrini irəli sürdüyünü də bildirib. UNİCEF-in Azərbaycan nümayəndəliyinin rəhbəri Mark Herevard bildirib ki, Təhsil Nazirliyi, UNİSEF və Heydər Əliyev Fondu tərəfindən inklüziv təhsil haqqında dövlət proqramı layihəsi hazırlayaraq hökumətə təqdim edib. O deyib ki, dövlət proqramının imzalanması və həyata keçirilməsi Azərbaycanda bu sahədə vəziyyətə müsbət təsir göstərəcək. M.Herevard ölkədə olan 60 minə yaxın əlil uşaqdan yalnız 12 mininin inklüziv təhsilə cəlb edildiyini və bu rəqəmin çox aşağı olduğunu vurğulayıb. Millət vəkili Sevinc Hüseynova deyib ki, uşaqların inklüziv təhsilə cəlb edilməsinə çox zaman valideynlərin özləri mane olurlar. Onun sözlərinə görə, bu sahədə həyata keçiriləcək proqramlar çərçivəsində valideynlərlə iş aparmaq vacibdir.
S.QARAYEVA





Bu yazı ( 200 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar