12px14px16px18px

Ermənistan mövqelərimizi yenə atəşə tutub

12:02 / 16.05.2012
Ermənistan Ordusunun bölmələri mayın 14-də saat 10.45-dən 11.10-dək Ermənistan Respublikasının Krasnoselsk rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqeləri, saat 18.00-dan 18.10-dək Ermənistan Respublikasının Berd rayonunun Çinarlı kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağbulaq kəndində yerləşən mövqeləri, saat 11.10-dan 11.25-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 17.00-dan 17.35-dək Goranboy rayonunun Gülüstan kəndi yaxınlığında yerləşən mövqelərdən, mayın 15-də saat 02.15-dən 02.30-dək Ağdam rayonunun Yusifcanlı kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.



Bu yazı ( 40 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar