12px14px16px18px

Yan Ola Sand: “Eurovision”a 41 ölkənin qatılması siyasi xarakterli çağırışların heç bir nəticə vermədiyini təsdiqləyir”

“MÜSABIQƏNIN QAYDALARI HƏR KƏSƏ AYDINDIR, ERMƏNISTAN DA DAXIL OLMAQLA, HƏR BIR ÖLKƏ BU QAYDALARA ƏMƏL ETMƏLIDIR”

11:41 / 05.05.2012
“Mən ümumiyyətlə, “Eurovision” mahnı müsabiqəsi ilə əlaqədar istənilən siyasi ismarıcın əleyhinəyəm. “Eurovision” tamamilə musiqi və mədəniyyət yarışmasıdır. Danılmaz faktdır ki, Azərbaycan “Eurovision” müsabiqəsi ilə diqqəti çox cəlb elədi. Azərbaycanda keçiriləcək yarışmada 41 ölkənin iştirakı bu çağırışların heç bir nəticə vermədiyini təsdiqləyir. Azərbaycandakı “Eurovision” layihəsinə dəstək daha çoxdur”. Bu sözləri APA-nın “Azərbaycanın ev sahibliyi etdiyi “Eurovision-2012” yarışmasının bəzi qurumlar tərəfindən boykot edilməsinə çağırış məqsədli addımlarını necə dəyərləndirirsiniz” sualına cavab olaraq müsabqiənin icraçı rəhbəri (executive supervisor) Yan Ola Sand deyib.
İcraçı rəhbər bildirib ki, həqiqətən də bəzi təşkilatlar boykota çağırış ediblər, lakin sonradan bunun nəticəsiz olduğunu görərək fikirlərindən daşınıblar. Y.Ola Sand bu çağırışın kiçik təşkilatlar tərəfindən edildiyini sözlərinə əlavə edib. Avropa Yayımları Birliyinin (EBU) Ermənistanı iştirakdan imtina etdiyinə görə cərimələməsinə münasibət bildirən icraçı rəhbər qeyd edib ki, müsabiqənin qaydaları hər kəsə aydındır və bu qaydalar bütün ölkələrə şamil edilir: “Ermənistan da daxil olmaqla, hər bir ölkə bu qaydalara əməl etmədir”. Yan Ola Sand Azərbaycanda keçirilən müsabiqədə təhlükəsizliyin yüksək səviyyədə həyata keçirildiyini də əlavə edib: “Baku Crystal Hall”ın içərisində də, ətrafında da tamamilə təhlükəsizlikdir və hər bir kəs Azərbaycanda gerçəkləşən bu layihədə rahatlıqla iştirak edə bilər”.
Azərbaycanda “Eurovision-2012” hazırlığından da danışan icraçı rəhbər, iyundan başlayaraq mütəmadi olaraq Bakıya gəldiyini və hazırlıq prosesindən çox razı olduğunu qeyd edib: “Təşkilatçılar qarşısında bir neçə məsələ qoyulub və indiyə qədər hər şey vaxtında həyata keçirilib. Bakıda səhnə çox fərqlidir. İlk növbədə səhnənin həm forma, həm də görünüşü möhtəşəm və mükəmməl olacaq. “Green Room” da tamamilə fərqli olacaq. Bu səhnədə 3D effektlərindən istifadə olunması çox gözəl ideyadır və marağı daha da artırır”.




Bu yazı ( 114 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar