12px14px16px18px

Azərbaycanda meteohəssas insanlara xəbərdarlıq edildi

11:37 / 16.03.2012
Ekologiya və Təbii Sərvətlər Nazirliyi meteohəssas insanlara xəbərdarlıq edib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Trend”ə verilən məlumata görə, martın 16-17-də Abşeron yarımadasında güclü Xəzri küləyi fonunda soyuq temperatur diskomfortu meteohəssas insanlar üçün əlverişsiz olacaq. Martın 16-da Bakı və Abşeron yarımadasında havanın fasilələrlə yağıntılı olacağı, sulu qar, bəzi yerlərdə qar yağacağı gözlənilir. Mülayim şimal küləyi axşam arabir güclənəcək.Havanın temperaturunun gecə 0-2, gündüz 2-4 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında havanın arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı proqnozlaşdırılır. Mülayim qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 1-4, gündüz 3-7 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacaq. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 9-14 dərəcə şaxta olacağı gözlənilir.




Bu yazı ( 144 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar