12px14px16px18px

Nəqliyyat Nazirliyindən avtobus sürücülərinə xəbərdarlıq

11:35 / 16.03.2012
Azərbaycan Nəqliyyat Nazirliyi Bakı küçələrində sərnişin avtobusları sürücülərinin yol verdikləri qayda pozuntularını aradan qaldırmaq məqsədilə reydləri davam etdirmək fikrindədir. Bunu “Trend”ə nazirliyin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov bildirib. Onun sözlərinə görə, bundan əvvəl aparılan reyslər səmərəli olub və avtobuslarla sərnişindaşıma sahəsində vəziyyətin yaxşılaşdırılmasına gətirib çıxarıb: “Sərnişindaşımanın keyfiyyətinin daha da yaxşılaşdırılması üçün reydlər davam etdiriləcək”. Bakıda avtobuslarla sərnişindaşımada əsas problemlər sürücülərin avtobusları dayanacaq üçün nəzərdə tutulmayan yerlərdə saxlamaları səbəbindən yol hərəkəti qaydalarını pozmalarıdır. Yol hərəkəti qaydalarının pozulması avtobus sərnişinlərinin təhlükəsizliyini təhdid etməklə yanaşı, paytaxt küçələrində tıxacların yaranmasına gətirb çıxarır ki, bu da avtomobil vasitələrinin normal hərəkətinə mane olur.



Bu yazı ( 142 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar