12px14px16px18px

“Rusiya Qarabağ probleminin həlli üçün səylərini davam etdirəcək”

01:55 / 15.03.2012  
“Dağlıq Qarabağ münaqişəsinin həlli sadə proses deyil. Rusiya münaqişənin həlli ilə bağlı öz vasitəçiliyini müntəzəm olaraq davam etdirir. Münaqişənin nizamlanması ilə məşğul olan ATƏT, BMT, eyni zamanda Rusiya problemin sülh yolu ilə həlli üçün səylərini davam etdirəcək. Əsas məsələ münaqişənin sülh yolu ilə həllinə nail olmaqdır”. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko dünən keçirdiyi brifinqdə deyib. Rusiya-Azərbaycan münasibətləri barədə danışan V. Matviyenko bildirib ki, iki ölkə arasında dostluq əlaqələri var: “Bu əlaqələr həm ikitərəfli, həm də MDB çərçivəsindədir. Müxtəlif sahələrdə mövcud olan əlaqələr bundan sonra da davam edəcək”.


Bu yazı ( 130 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar