12px14px16px18px

ATƏT iqtidar-müxalifət dialoqunu təşkil edəcək

01:54 / 15.03.2012
ATƏT-in Bakı Ofisi tərəfindən Azərbaycandakı siyasi partiyalar arasında siyasi dialoq təşkil ediləcək. Bu barədə APA-ya ATƏT-in Bakı Ofisindəki mənbə bildirib. Məlumata görə, ATƏT-in Bakı Ofisi siyasi partiya liderləri ilə məsləhətləşmələr aparıb və belə bir tədbirin keçirilməsi üçün bütün tərəflərdən müsbət cavab alıb. Məsləhətləşmə aparılan partiyalar arasında həm hakim Yeni Azərbaycan Partiyası (YAP), həm də müxalifət partiyaları var. Növbəti görüşün əsas mövzusunun “Siyasi partiyalar haqqında” yeni qanun olacağı gözlənilir. Hazırda tədbirin tarixi və keçiriləcəyi yerlə bağlı məsləhətləşmələr davam edir.


Bu yazı ( 120 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar