12px14px16px18px

Azərbaycandakı bütün sürüşmə sahələri aktivləşib

ƏSAS SÜRÜŞMƏ SAHƏLƏRİ ÖLKƏNİN CƏNUB BÖLGƏSİNDƏDİR

01:51 / 15.03.2012  
Son zamanlar yağıntıların və qarın çox düşməsi ilə əlaqədar ölkə ərazisində bütün sürüşmə sahələri aktivləşib. Bu barədə APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyasının baş mühəndisi Şaiq Niftiyev bildirib. Onun sözlərinə görə, aktivləşmə müşahidə olunan əsas sürüşmə sahələri cənub bölgəsindədir. Cənub bölgəsində, Lənkəran-Lerik yolu boyunca 6 yerdə sürüşmə sahəsi müşahidə olunub. Onun biri köhnə sürüşmə, beşi isə təzə sürüşmə sahələridir. Şimal bölgəsindəki sürüşmə sahələrində qar örtüyü çox olduğundan hələlik monitorinq aparmaq mümkün olmayıb. Ağsu sürüşmə sahəsində isə ötən həftə monitorinq aparılıb: “Bu ərazidə müəyyən yerlərdə səthi qırılma prosesləri müşahidə olunub. Yenidən qar örtüyü yarandığına görə, Ağsu ərazisində monitorinq aparmaq hələlik mümkün deyil”.


Bu yazı ( 120 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar