12px14px16px18px

Elmar Məmmədyarov: “Azərbaycan sülh danışıqlarını davam etdirəcək”

01:39 / 15.03.2012  
“Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqların nəticəsiz qalmasına baxmayaraq Azərbaycan sülh danışıqlarını davam etdirəcək”. APA-nın məlumatına görə, bu fikirləri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Almaniyanın “Die Welt” nəşrinə müsahibəsində deyib. “Ümidvaram ki, Ermənistan rəhbərliyi nəhayət ortaq həll yolu tapmaq üçün siyasi müdriklik göstərəcək”. XİN başçısı əlavə edib ki, Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidir və 20 ildir Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır: “BMT Təhlükəsizlik Şurası erməni qoşunlarının qeyd-şərtsiz işğal altında olan ərazilərdən çıxmasını tələb edən qətnamələr qəbul etsə də, işğal faktı hələ də aradan qalxmayıb”.


Bu yazı ( 111 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar