12px14px16px18px

Ermənistan silahlı qüvvələri Azərbaycanın mövqelərini atəşə tutub

01:59 / 14.03.2012
Ermənistan silahlı qüvvələrinin bölmələri martın 12-də saat 17.25-dən 17.35-dək Ermənistan Respublikasının Berd rayonunun Ayqedzor kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycanın Tovuz rayonunun Muncuqlu kəndində yerləşən mövqelərini, 21.35-dən 21.40-dək Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqeləri, 21.45-dən 21.50-dək Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.


Bu yazı ( 106 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar