12px14px16px18px

Sabah hava yenidən pisləşəcək

01:58 / 14.03.2012
Martın 15-dən başlayaraq, ölkə ərazisində hava şəraiti dəyişəcək. Bu barədə APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Umayra Tağıyeva bildirib. Onun sözlərinə görə, qeyri-sabit hava şəraiti martın 18-dək davam edəcək: “Həmin müddət ərzində havanın fasilələrlə yağıntılı olacaq, bəzi rayonlarda sulu qar, qar yağacaq. Havanın temperaturu tədricən 4-6 dərəcə aşağı enəcək”. U. Tağıyeva deyib ki, martın 16-da Bakıda və Abşeron yarımadasında gecə saatlarında temperatur 0 dərəcəyə yaxın, ayın 16-da və 17-də gündüz saatlarında 1-4 dərəcədən yüksək olmayacaq. Ayın 15-dən başlayaraq şimal qərb küləyinin güclənəcəyi gözlənilir: “Bakı və Abşeron yarımadasında martın 15-i axşam və 16-da yağıntının sulu qara keçəcəyi proqnozlaşdırılır”.


Bu yazı ( 105 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar