12px14px16px18px

Mehriban Əliyeva “Türk Dünyasına xidmət” mükafatına layiq görüldü

01:55 / 14.03.2012
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlunun xanımı Sare Davudoğlu ilə görüşüb. APA-nın xəbərinə görə, qonağı Heydər Əliyev Fondunda görməkdən məmnun olduğunu bildirən Mehriban Əliyeva qardaş Türkiyənin Azərbaycan üçün önəmini vurğulayıb. Azərbaycana ilk dəfə gəldiyini bildirən Sare Davudoğlu Bakıda keçirilən “Yeni minillikdə çağdaş dünyamızın müqəddəs vəzifəsi olaraq analığın qorunması” toplantısında iştirak etdiyini bildirib. Sare Davudoğlu bu toplantının qadın xəstəlikləri ilə mübarizə sahəsindəki önəmini diqqətə çatdırıb. Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç görüş çərçivəsində “Türk Dünyası Sənətçilər və Yazarlar Vakfı”nın təsis etdiyi “Türk Dünyasına xidmət” mükafatını Heydər Əliyev Fondunun prezidenti, birinci xanım Mehriban Əliyevaya təqdim edib.


Bu yazı ( 108 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar