12px14px16px18px

Azərbaycan və Avropa Birliyi institusional proqramı reallaşdırmağa hazırlaşır

14:13 / 02.03.2012
Azərbaycan və Avropa Birliyi “Şərq Tərəfdaşlığı” çərçivəsində institusional proqramı reallaşdırmağa hazırlaşır. APA-nın məlumatına görə, bu barədə jurnalistlərə xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev açıqlama verib. Onun sözlərinə görə, proqram ticarət, ədliyyə, miqrasiya, dövlət məmurlarının hazırlanması sahələrində hərtərəfli islahatların keçirilməsini nəzərdə tutur. Onun sözlərinə görə, hazırda yalnız viza rejiminin sadələşdirilməsi ilə bağlı danışıqlar aparılır və rejimin tamamilə ləğv olunması nəzərdə tutulmur: “Danışıqlar başa çatdıqdan və viza rejiminin sadələşdirilməsi həyata keçirildikdən sonra ikinci mərhələyə keçmək, viza rejiminin tamamilə ləğvindən danışmaq olar”.





Bu yazı ( 66 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar