Tehran Konvensiyası ölkələrinin ekologiya nazirlərinin görüşü keçiriləcək
14:03 / 02.03.2012
Rusiya Ekologiya və Təbii Ehtiyatlar Nazirliyinin beynəlxalq əməkdaşlıq departamentinin direktoru Nurəddin İnamov və İranın ətraf mühit naziri Məhəmməd Məhəmmədizadənin görüşündə Xəzərin ətraf mühitinin mühafizəsi üzrə çərçivə konvensiyası (Tehran Konvensiyası) iştirakçılarının IV konfransına hazırlıq məsələsi müzakirə olunub. APA-nın Rusiya Ekologiya və Təbii Ehtiyatlar Nazirliyinə istinadən verdiyi məlumata görə, Tehran Konvensiyası ölkələrinin ekologiya nazirləri səviyyəsində konfransı bu ilin payızında Rusiyada keçiriləcək.
Xəzərin ətraf mühitinin mühafizəsi üzrə çərçivə konvensiyası (Tehran Konvensiyası) 2006-cı il avqustun 12-də qüvvəyə minib. Konvensiyanın tərəfləri Azərbaycan, Rusiya, Qazaxıstan, İran və Türkmənistandır.Bu yazı ( 75 ) - dəfə oxunmuşdur