12px14px16px18px

Sağlam olun

SƏHHƏTİNİZ BARƏDƏ SAĞLAM OLARKƏN DÜŞÜNÜN

01:48 / 30.10.2010



Xoşbəxt və sağlam yaşamaq hər kəsin haqqıdır. Elə buna görə də sağlamlığımıza fikir verməliyik. Bunun üçün ildə ən azı bir dəfə ümumi müayinədən keçməyimiz vacibdir. Bu mənada, Avropa standartlarına uyğun, bütün ambulator xidmətlərin təqdim olunduğu Ankara Medical Center hər zaman vətəndaşların xidmətindədir. Bu tibb mərkəzi ən qabaqcıl ölkələrin tibbi avadanlıqları ilə təchiz olunub. Azərbaycanda ilk dəfə olaraq Türkiyənin məşhur Universitet və xəstəxanalarında təhsil və təcrübə keçmiş həkim kollektivi daxildir. Bu Universitetlər və Tibb mərkəzləri sırasında Hacettepe, Ankara, Ege Universitetləri, Gülhanə Hərbi Tibb Akademiyası, İstanbul Cerrahpaşa, Ankara Nümunə, Akay xəstəxanaları daxildir. Mərkəzdə yüksək səviyyəli peşəkar mütəxəssislər tərəfindən bütün növ xəstəliklərin müalicə və müayinəsi aparılır. “Ankara Medical Center”də oynaq xəstəliklərinin də müayinə və müalicəsi ilə mümkündür.

Oturaq həyat tərzinə çox meyl etməyin

Klinikanın baş həkimi Zülfüqar Yusifov bildirir ki, oynaq xəstəlikləri son illər kəskin surətdə artıb:“ Bu xəstəliklərin artmasının səbəbləri müxtəlifdir. Bu səbəblərə əhali arasında hərəkətsizliyin artması, oturaq həyat tərzi, avtomobildən və kompyuterdən istifadənin genişlənməsi, süni qidalanmanın geniş yayılmsı, piylənmə və s. daxildir. Bir qrup insanlarda isə peşə vərdişlərindən dolayı xəstəliklər meydana çıxır. Məsələn, futbolçularda diz oynağında, tennisçilərin dirsəyində, klaviatura ilə çox işləyən insanların barmaqlarında oynaq xəstəlikləri ola bilir. Bundan əlavə uşaq vaxtı alınan zədə yaş artıqca bu problemin meydana çıxmasına səbəb ola bilir. Oynaq xəstəlikləri əsasən iki qrupa bölünür. Bunlardan biri vegenerativ xəstəliklərdir. Bu, oynaq qığırdağının qidalanmasının pozulması və mikrotravmalar zamanı yaranan xəstəliklərdir. Ikincisi isə iltihabi xəstəliklərdir. Bunlara müxtəlif mənşəli artritləri misal çəkmək olar. Artritlər dedikdə oynaqların bu və digər səbəbdən yaranmış iltihabı nəzərdə tutulur. Bu, infeksion mənşəli ola bilir. Oynaq xəstəliklərin müalicəsinin aparılması üçün əvvəlcə düzgün diaqnoz aparmaq gərəkdir. Düzgün diaqnoz üçün xəstənin fiziki müayinəsi gərəkdir. Onun həyat tərzi, qidalanması ilə bağlı verilən suallar xəstəliyin mənbəyini aşkarlaya bilir. Bundan sonra isə daha əhəmiyyətli bir mərhələ gəlir. Bu, müəyyən laborator müayinələrin aparılmasıdır. Klassik müayinə üsullarından olan rengenoqrafiya əksər hallarda məsləhət görülür. Kompyuter tamoqrafiyası da oynaqlarda baş verən prosesləri dəqiqliklə müəyyən edir. Bunlardan əlavə son illər Avropa və Amerikada oynaqların ultrasəs müayinəsi metodu geniş yayılıb. Bu metodun birçox üstünlüyü var. Belə ki, ultrasəs müayinə metodu informativ metoddan 6-7 dəfə ucuzdur və bu zaman xəstə şüa almır. Bundan əlavə, xəstəni bir neçə dəfə müayinə etmə, eyni vaxtda bir sıra oynaqlara baxma, xəstəni hərəkətdə olduqda belə müayinə etmə imkanı olur. Ultrasəs müayinə üsulu müalicə baxımından da faydalı metoddur. Bu zaman fəsadlaşma metobu minimuma enir. Bütün bu metodlar bu tibb mərkəzində tətbiq olunur. Mərkəzin müasir avadanlıqları buna imkan yaradır”. Baş həkim oynaq xəstəliklərinin müalicə metodlarından da danışıb. Onun sözlərinə görə, “Ankara Medical Center”in fizioterapiya şöbəsi şərq və qərb təbabətinin aparıcı metodlarını- naftalan vannaları, iynəbatırma, hirudateropiya, massaj, lazer terapiyası, membranlı plazmaferez, ozonterapiya, infraqırmızı şüalar, elektroforez, parafin, diadinamik cərəyanlar-kombinə olunmuş şəkildə tətbiq edərək, unikal müalicə proqramları ilə bir sıra xəstəliklərin müalicəsini təklif edir: “Bu xəstəliklər sırasına dayaq hərəkət sistemində osteoxondrozlar, fəqərə diski protruziya və yırtıqları, nevritlər, nevralgiyalar, artrozlar, artritlər, Bexterev xəstəliyi, podarqa, miozitlər və fibromialgiyalar, revmatoit artrit, tromboflebitlər və s. daxildir. “Ankara Medical Center”in daha bir özəlliyi isə unikal naftalan vannalarının olmasıdır. Naftalan vannaları oynaq xəstəliklərinin müalicəsi üçün əvəzsiz xidməti var. Onun tərkibindəki maddələr orqanizmə müsbət təsir göstərir. Naftalan vannaları ilə müalicə kursu 10-12 seans olmaqla 10-12 dəqiqə davam edir. Artıq 4-5-ci seansdan sonra xəstə müsbət dəyişikliyi hiss edə bilir. Oynaq xəstəlikləri olanlar aktiv həyat tərzinə keçməli və çəkinin normada saxlanılmasına diqqət yetirməlidir”.

“Ankara Medical Center”də xəstələr üçün həmişə güzəşt var

“Ankara Medical Center”də uşaq xəstəlikləri də müayinə və müalicə olunur. Klinikanın pediatrı Elşən Tağıyevin sözlərinə görə, xəstələr burada yataq rejimində də müalicə oluna bilər: “Bizim poliklinik şöbəmizdə həm poliklinik xəstələr, həm də sağlam uşaqlara baxış və peyvəndlər həyata keçirilir. Elə xəstələrimiz olur ki, onları ehtiyaclarından dolayı gündüz stasionarlarında qəbul edirik. Onlar iş gününün sonuna kimi xəstəxanada qala bilir. “AnkaraMedical Center”də xəstələrə yanaşma fərqlidir. Xaricdə müxtəlif kurslar keçmiş həkimlərimiz xəstələrə yanaşmada inkişaf etmiş ölkə standartlarını tətbiq edir. Məsələn, polimelit əksər ölkələrdə, eləcə də Rusiyada uşaqlara oral şəkildə yeridilir. Lakin polimelit oral şəkildə veriləndə xəstəliyə tutulma riski cüzi də olsa mövcud olur. Buna görə də Avropa ölkələrində oral polimelitdən imtina edilib. Onlar inyeksion formada olan polimerildən istifadə edirlər. Bizdə də dünya standartlarına uyğun müalicə metodları tətbiq olunur. “Ankara Medical Center” olaraq xəstələrin maddi imkanlarını da nəzərə alırıq və ehtiyacı olanlara güzəştlər edirik. Özəl klinika olsa da bizdə güzəşt həmişə var. İmkansız xəstədirsə ona həkim baxışı pulsuz, laborator müayinələr isə güzəştli qiymətlərlə təklif olunur”.
Həkim terapevt Rəqsanə Cəlilova isə “Ankara Medical Center”in əsas devizinin xəstəni zərər vermədən müalicə etmək olduğunu deyir: “Paytaxtda özəl klinikalar çoxdur və bu klinikalar arasında güclü rəqabət gedir. Bizim üstünlüklərimizdən biri xarici ölkələrin təcrübələrindən yararlanmış kadr təminatının olmasıdır. Biz vaxtaşırı xeyriyyə məqsədi daşıyan aksiyalar keçiririk. Oktyabrda biz Türkiyədə yerləşən “Viral Hepatitlə Savaş Dərnəyi”nin tibbi təchizatla təmin olunmuş avtobusununun Azərbaycana gətirilməsini təmin etdik. Bu avtobus bir növ səyyar klinikadır və Türkiyədə regionları gəzərək əhalinin hepatitlərini yoxlayır. Bu avtobus Türkiyə Səhiyyə Nazirliyi tərəfindən də dəstəklənir. Bizim cəhdimiz nəticəsində həmin avtobusu Azərbaycana gətirməyə müvəffəq olduq. “Viral Hepatitlə Savaş Dərnəyi”nin, “Lider Qadınlar” İctimai Birliyinin, Azərbaycan Qadın Jurnalistlər Assosiasiyasının birgə təşkilatçılığı ilə Hepatit xəstəliyinə qarşı mübarizə kampaniyası keçirdik. 5-21 oktyabr tarixlərində bu avtobus Bakını və Azərbaycanın regionlarını gəzərək əhalini pulsuz müayinə etdi. Bu aksiyada bizim məqsədimiz hepatitli xəstələri müəyyən edib onları müalicə etmək idi. Bu virusu aşkarladığımız insanlarda pulsuz müayinə aparıldı. Müalicə üçün qan analizi verən insanlarda isə ciddi məbləğdə endirimlər oldu. Klinikamızda müxtılif zamanlarda pulsuz müayinələr aparılır. Belə aksiyaları davam etdirmək planımızda var”.

Xəstələrə münasibətdə müasir standartlar tətbiq olunur

“Ankara Medical Center”in ginekologiya şöbəsi isə müxtəlif növ qadın xəstəliklərinin müayinə və müalicəsi ilə məşğul olur. Klinikanın ginekoloqu Naridə Əsgərova bildirir ki, HPV virusunun müayinə və müalicəsi yüksək səviyyədə təşkil olunur: “Bir çox virus xəstəliklərində olduğu kimi HPV virusu da vücuda ilk dəfə daxil olduğu müddətdən etibarən hüceyrələrin tərkibinə yerləşir və vaxtaşırı şiddətlənərək təkrarlayan infeksiyalara səbəb olur. Buna görə HPV infeksiyonu radikal müalicəsi olmayan xəstəlik kimi qəbul edilsə də son illərdə bəzi tiplərinin 4-5 il müddətində vücuddan tamamilə təmizləndiyi fərziyyələri irəli sürülməkdədir. Qadınlarda rast gəlinən xərçənglər arasında ön sırada gələn uşaqlıq boynu xərçənginin ən vacib hətta bəlkə də tək səbəbi HPV infeksiyasıdır. Buna görə də HPV virusu və yaratdığı kondilomalar aşkar edildiyində mütləq müalicə olunmalı və xəstələr nəzarət altında saxlanılaraq mütəmadi olaraq smear testi və kolposkopik müayinələrdən keçməlidirlər. HPV cinsi yolla yoluxan xəstəlikdir. Lakin HPV-in bir insandan başqa insana yoluxması üçün hər zaman tam cinsi əlaqənin olması mütləq deyil. İnfeksiyalaşmış dəri bölgələrinin bir-biri ilə təması nəticəsində də yoluxma baş verə bilər. Yoluxma olduqdan sonra əlamətlər bəzən bir neçə ay , bəzən bir neçə il sonra büruzə verə bilər. Hətta bəzən virus illər boyu heç bir əlamət vermədən vucudda qala bilər. Uşaqlıq boynu xərçənginin qarşısının alınmasının ən düzgün və sadə yolu mütəmadi olunan PAP smear testləridir. Smear testində hər hansı anormallıq aşkar edilərsə diaqnoz dəqiqləşdirilir. Sonra isə xəstəliyin dərəcəsinə görə dəyişikliyə uğramış bölgə sadə əməliyyatlar vasitəsilə çıxarılır və xəstə mütəmadi müayinələrə çağırılır. Klinikamızda HPV virusu yüksək səviyyədə müalicə olunur”.
“Ankara Medical Center”in kosmetologiya şöbəsi isə zəngin xidmətlər təklif edir. Kosmetoloq Elmira Şirinovanın sözlərinə görə, burada yağlı dəriyə, üzə, əllərə, qollara, ayaqlara qulluq, qulaqlarda deşiklərin açılması, qırışların gellə açılması, dodaqların gellə doldurulması, tatuaj, saçların tökülməsi, ozonla təmizləmə və s. xidmətlər göstərilir: “Bütün bu prosedurların aparılması zamanı istifadə olunan preparatlara sertifikatlı və təbii mənşəlidir. Gözəlləşmək istəyən hər bir xanım bizə müraciət edə bilər. Bunun üçün biz pasiyentlər üçün müxtəlif endirimlər də edirik”.
Qeyd edək ki, “Ankara Medical Center”in laboratoriyasında Azərbaycanda analoqu olmayan tam avtomatlaşdırılmış robot analizatorları ilə müxtəlif növ analizlər aparılır. Belə ki, “Ankara Medical Center” laboratoriyasında yüksək dəqiqliklə qısa müddət ərzində nəticə əldə etmək olur. Laborator analizlərlə yanaşı mərkəzdə digər tibbi xidmətlər də göstərilir. Bu xidmətlər sırasına terapiya, kardiologiya, oftalmologiya, urologiya, ginekologiya, pediariya, dermatalogiya, kosmetologiya, fizioterapiya, ümumi və plastik cərrahiyyə və s. daxildir. “Ankara Medical Center” bu xidmətləri münasib qiymətlərlə təqdim edir. “Ankara Medical Center” tibbin bütün xidmətləri ilə əhalinin sağlamlığının keşiyindədir. Seçim isə vətəndaşların istəyindən asılıdır.
Ülkər NƏBİYEVA




Bu yazı ( 632 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar