12px14px16px18px

Ali məktəblərə sənəd qəbulu bu gün başa çatır

12:25 / 16.05.2012

2012/2013-cü tədris ili üçün ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün internetlə ərizə qəbulu mayın 16-da saat 00:00-da başa çatır. Lent.az xəbər verir ki, 16 may 2012-ci il saat 11:30-a olan məlumata əsasən, 103934 abituriyent internetlə “Elektron ərizə “doldurmuş, lakin onlardan 98741 nəfəri ərizəsini Sənəd Qəbulu Komissiyasında təsdiq etdirib.
TQDK “Elektron ərizə”sini müvafiq SQK-da təsdiq etdirməmiş abituriyentlərin nəzərinə çatdırır ki, onlar 18 may 2012-ci il saat 17:00-dək tələb olunan sənədləri təqdim etməklə ərizələrini mütləq təsdiq etdirməlidirlər. Əks halda həmin abituriyentlər qəbul imtahanlarında iştirak edə bilməyəcəklər.




Bu yazı ( 80 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar