12px14px16px18px

Bakıda peşəkar oğru yaxalandı

11:40 / 19.03.2012
Həmin şəxs onlarla mənzili qarət edib.
Bakıda xeyli mənzili qarət etmiş şəxs yaxalanıb. Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Sabunçu RPİ 12-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Kamran Muradov martın 17-də yaxalanıb. Müəyyən edilib ki, K.Muradov 2011-ci il iyulun 1-də Bünyatov küçəsində yaşayan Hakim Namazovun evindən açar seçmə yolu ilə 1500 manat dəyərində qızıl-zinət əşyaları, sentyabrın 7-nə keçən gecə Sabunçu qəsəbə sakini Nurəddin Səlimovun evindən pəncərənin dəmir barmaqlıqlarını kəsmə yolu ilə mobil telefon və qızıl-zinət əşyaları oğurlayıb. Bundan başqa, K.Muradov oktyabrın 4-də Ramana qəsəbəsində yaşayan Nizami İsmayılovun evindən pəncərədən keçmə yolu ilə 200 manat, eyni ünvanda yaşayan qardaşı Siyafət İsmayılovun evindən isə DVD və 1000 manat dəyərində qızıl-zinət əşyaları, bir ay sonra Sabunçu qəsəbəsi Y.Saratov küçəsində yaşayan Rəşad Qasımovun evindən açar seçmə yolu ilə 1600 manat və gümüş əşyaları, dekabrın 8-nə keçən gecə isə Sabunçu qəsəbəsi Elnarə Məmmədovanın evindən pəncərədən keçmə yolu ilə 1800 manat və qızıl-zinət əşyaları oğurlayıb.
Bu ilin fevral və mart aylarında da isə K.Muradov oğurluq daha bir neçə planını həyata keçirib. O, fevralın 9-da Q.Vəzirov küçəsində yaşayan Araz Qaralovun evindən pəncərəni sındırma yolu ilə qızıl-zinət əşyaları və məişət əşyaları, fevralın 21-də Balaxanı qəsəbəsində yaşayan İlqar Abdullayevin evindən pəncərənin dəmir barmaqlıqlarını sındırma yolu ilə gödəkcə, fevralın 19-dan 26-dək olan müddətdə Mədən küçəsində yaşayan Sədaqət Paşayevanın evindən pəncərənin dəmir barmaqlıqlarını sındırma yolu ilə televizor, noutbuk və modem, martın 7-də E.Mehdiyev küçəsində yaşayan Füzuli Cəlilovun evindən pəncərədən keçmə yolu ilə 600 manat və 7800 ABŞ dolları oğurlayıb. K.Muradov martın 3-də isə İran vətəndaşı Hümən Fərzanəyə məxsus, E.Mehdiyev küçəsində yerləşən fabrikdən pəncərədən keçmə yolu ilə 6 ədəd kompüter aparıb.K.Muradovun ətrafında araşdırmalar davam etdirilir.



Bu yazı ( 533 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar