12px14px16px18px

Yol polisindən xəbərdarlıq: Bakının mərkəzi yolları 3 gün bağlı olacaq

11:05 / 19.03.2012
Azərbaycan paytaxtında keçirilən Novruz şənlikləri ilə əlaqədar bir sıra mərkəzi yollarda avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq. Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin inspektoru Razi Zeynalovun Lent.az-a verilən məlumata görə, Dənizkənarı Bulvar ərazisində və İçərişəhər ətrafında keçirilən tədbirlərlə əlaqədar artıq bir sıra yollar bağlanılıb: ““Aneft” meydanında, Neftçilər prospekti, Rəsul Rza, Zərifə Əliyeva küçələrində hərəkət artıq tam məhdudlaşdırılıb. Bundan başqa, həmin yollarla kəsişmələrdə də nəqliyyatın hərəkətinə icazə verilmir”.
BşDYPİ-Dən verilən məlumata görə, İçərişəhər ətrafı küçələrdə - İstiqlaliyyət, Əziz Əliyev küçələri istiqamətində də nəqliyyat vasitələrinin hərəkətinə icazə verilmir.
Məlumatda o da bildirilir ki, tədbirlər martın 20-21-də də davam edəcək və yuxarıda qeyd olunan yollarda hərəkət müddətli olaraq məhdudlaşdırılacaq. Sürücülərdən həmin istiqamətlərə az hərəkət etmələri və alternativ yollardan istifadə etmələri xahiş olunur.


Bu yazı ( 491 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar