12px14px16px18px

Yeni Günəşlidə çökmə baş verib

10:58 / 19.03.2012
Azərbaycan paytaxtında uçqun baş verib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyasının baş mühəndisi Şaiq Niftiyevin APA-ya verdiyi məlumata görə, Bakının Suraxanı rayonu Yeni Günəşli qəsəbəsinin D massivində, 16-cı binanın yaxınlığında, uzunluğu 20, hündürlüyü 6 metrdən ibarət olan istinad divarı uçub. Onun sözlərinə görə, divarın uçmasına torpaq çökməsi səbəb olub. Ş. Niftiyev deyib ki, istinad divarı yamacda olan yaşayış binasının 2-3 metr yaxınlığında tikilib: “Çökmənin səbəbi binanın kanalizasiya sularının yer səthinə axmasıdır. Uçqunun qarşısı alınmasa binanın mühafizəsiz qalacaq”.



Bu yazı ( 466 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar