12px14px16px18px

Bakıda iki “VAZ 2107” toqquşdu: ölən var

10:25 / 19.03.2012
Bakı şəhərinin Suraxanı rayonu ərazisində ölümlə nəticələnən yol qəzası baş verib. Suraxanı rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Yeni Günəşli yaşayış massivi Fətullayev küçəsində Hüseynov Mahir Gülağa oğlunun idarə etdiyi 90 XZ 257 nömrə nişanlı “VAZ 2107” ilə Ağazadə Rauf Fəxrəddin oğlunun sürdüyü 90 SX 038 nömrəli digər “VAZ 2107” toqquşub. Nəticədə R.Ağazadənin sərnişini, 1982-ci il təvəllüdlü Xudaverdiyev Şamil Mirələm oğlu ağır xəsarətlər alıb və 3 saylı şəhər xəstəxanasında dünyasını dəyişib.Faktla əlaqədar Suraxanı RPİ-də cinayət işi başlanılıb. Araşdırma aparılır.


Bu yazı ( 467 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar