12px14px16px18px

Bakıda həbsxanada daha bir məhbus ölüb

10:17 / 16.03.2012
Martın 15-də Penitensiar Xidmətin Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən 7 saylı Cəzaçəkmə Müəssisəsində ölüm hadisəsi baş verib. Hüquq-mühafizə orqanlarından Lent.az-a verilən məlumata görə, Cinayət Məcəlləsinin 221.3-cü (narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddəsi ilə 6 il müddətinə azadlıqdan məhrum olunmuş Ağstafa rayon sakini, 1954-cü il təvəllüdlü Əliyev Həsən Abdin oğlu qəfildən dünyasını dəyişib.58 yaşlı kişinin meyiti ekspertizadan keçirilməsi üçün aidiyyatı üzrə göndərilib. Ölümün səbəbləri araşdırılır.Qeyd edək ki, bir neçə gün əvvəl Xətai rayonu ərazisindəki qadınların cəzaçəkmə müəssisəsində də ölüm hadisəsi baş vermişdi.



Bu yazı ( 176 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar