12px14px16px18px

Əfv sərəncamının icrasına başlanıb

10:07 / 16.03.2012
Azərbaycan prezidenti İlham Əliyevin imzaladığı sərəncamının bu gün icrasına başlanılıb. APA-nın məlumatına görə, martın 15-də imzalanmış sərəncam ümumilikdə 62 nəfərə şamil olunub. Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş ümumilikdə 55 nəfər cəzanın çəkilməmiş hissəsindən, 6 nəfər cərimə cəzasından, 1 nəfər isə islah işlərindən azad edilib.
Əfv olunanlardan üçü Gürcüstan vətəndaşıdır.Əfv edilənlərin 60-ı kişi, 2-si qadındır.Əfv olunanların sırasında AXCP-nin iki üzvü də var. Bunlar Ruslan Bəşirov və Elnur İsrəfilovdur. Hər iki şəxs əfv olunması üçün Azərbaycan prezidentinə müraciət edib.



Bu yazı ( 160 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar