12px14px16px18px

““Sarı gəlin” erməni mahnısı deyil”

10:58 / 15.03.2012
Türkiyəli müşavir “Sarı gəlin”in ermənicə ifa olunacağı barədə məlumatlara münasibət bildirdi.
Türkiyənin Azərbaycandakı səfirliyinin kültür və tanıtma müşaviri Seyid Əhməd Arslan jurnalistlərlə görüşüb. Lent.az-ın verdiyi xəbərə görə, 2 ay əvvəl Bakıda müşavir kimi fəaliyyətə başladığını söyləyən Əhməd Arslan qeyd edib ki, 3 il bu vəzifədə olacaq. Onun sözlərinə görə, bu müddətdə hər iki ölkənin mədəni dəyərlərini bir-birinə tanıtmaq, həm də dünyanın diqqətini turizm potensialına yönəltmək üçün bir çox layihəyə imza atılacaq.
Türkiyənin turizm sahəsində getdikcə inkişaf etdiyi deyən Arslan bildirib ki, bu sahədə dünya ölkələri arasında Türkiyə 7-ci yerdədir. O, 2011-ci ildə Türkiyəyə 31 milyon 500 min turist gəldiyini bildirib: “Türkiyənin təcrübələrini Azərbaycanla hər zaman paylaşmağa hazırıq. Ötən il Azərbaycandan Türkiyəyə 578 min turist gedib. Bu rəqəm çox azdır. Mən 700 mindən çox azərbaycanlı turistin getməsini arzulayıram ”.
Builki layihələr barədə danışan Arslan qeyd edib ki, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin “Azərbaycan mədəniyyət günləri” layihəsi həyata keçiriləcək: “Biz də Bakıda film, türk mətbəxini tanıtma günlərinin həyata keçirilməsini nəzərdə tutmuşuq. Həmçinin, azərbaycanlı jurnalistlərin Türkiyəyə göndərilməsi, ölkənin tarixi və turizm obyektlərinin tanıdılması da planlaşdırılıb”.
Müşavir Sezen Aksunun Azərbaycanın xalq mahnısı “Sarı gəlin”i erməni dilində ifa edəcəyi barədə məlumatlara da münasibət bildirib. O deyib ki, “Sarı gəlin” erməni mahnısı deyil, bu barədə iddialar əsassızdır. Arslan bildirib ki, bu mahnı türk millətinin qədimdən gələn ənənələrinin ifadəsidir.



Bu yazı ( 123 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar