12px14px16px18px

ABŞ-dan Qarabağ bəyanatı

10:26 / 15.03.2012
“ABŞ tərəfləri əhalini müharibəyə deyil, sülhə hazırlamağa çağırır”.ABŞ Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həllini görmür. Lent.az-ın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Viktoriya Nuland bəyan edib.
O deyib ki, ABŞ bundan sonra da ATƏT-in Minsk Qrupunun həmsədri kimi tərəflərə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində yardım göstərəcək: “Bu münaqişənin hərbi yolla həlli yoxdur. ABŞ tərəfləri əhalini müharibəyə deyil, sülhə hazırlamağa çağırır”.



Bu yazı ( 116 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar