12px14px16px18px

FHN dəhşətli qəza ilə bağlı məlumat yaydı

10:24 / 15.03.2012
Fövqəladə Hallar Nazirliyi Masallı rayonunda 3 nəfərin ölümü, 2 nəfərin isə xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb. Lent.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, Alvadı kəndində (rayon mərkəzindən 4 km aralı) “Volvo" markalı yük avtomobili ilə "VAZ-2107" markalı minik avtomobili toqquşub.Nəticədə "VAZ-2107" markalı minik avtomobilinin sürücüsü 1972-ci il təvəllüdlü Xansuvarov İqbal Bəhmən oğlu və avtomobildə olan 4 sərnişindən 2-si - 1987-ci il təvəllüdlü Süleymanov Ramil Ayıq oğlu, 1972-ci il təvəllüdlü Ağayev Valeh Eynəli oğlu aldığı bədən xəsarətlərindən hadisə yerində vəfat edib. Avtomobildə olan xəsarət almış sərnişinlər - 1986-cı il təvəllüdlü Xansuvarov Elçin Qəzənfər oğlu və 1987-ci il təvəllüdlü Xansuvarov Eyvaz Qəzənfər oğlu xilasedicilər tərəfindən müxtəlif kəsici alətlərdən istifadə olunmaqla çıxardılaraq təcili yardım xidmətinə təhvil verilib.



Bu yazı ( 122 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar