12px14px16px18px

Bakıda 2 nəfər qətlə yetirilib

09:52 / 15.03.2012
Bakıda qətl hadisəsi baş verib. Nərimanov rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Atatürk prospektində, çay evinin qarşısında hələlik şəxsiyyəti məlum olmayan şəxs və ya şəxslər 1986-cı il təvəllüdlü İbrahimov Bağır Ağalar oğlunu bıçaqlayaraq qətlə yetirib. Çoxsaylı bıçaq xəsarətləri alan B.İbrahimov hadisə yerində dünyasını dəyişib.
Faktla əlaqədar Nərimanov rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə iş başlanılıb, araşdırma aparılır.
Daha bir qətl hadisəsi Pirşağı qəsəbəsində qeydə alınıb. Sabunçu rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, Pirşağı qəsəbəsi ərazisində 1991-ci il təvəllüdlü Məmmədov Fuad Allahverdi oğlu 1979-cu ildə anadan olmuş Əlləzov İlqar Ziyad oğlunu başına daşla vuraraq öldürüb.
Məlumata görə, hər iki şəxs İsmayılbəy Səfərəlibəyov küçəsində dalaşıb və bu zaman İ.Əlləzov Fuadı bıçaqlamaq istəyib. F.Məmmədov isə yerdən daş parçası götürərək 33 yaşlı kişinin başına bir neçə zərbə vurub. F.Məmmədov polisə təslim olub. Faktla əlaqədar cinayət işi başlanılıb.



Bu yazı ( 120 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar