12px14px16px18px

Azərbaycan-Xorvatiya arasında sənədlər imzalanıb

12:40 / 12.03.2012
Minalara qarşı fəaliyyət və minalardan təmizləmə sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.
Bu gün Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin və Xorvatiya Respublikasının prezidenti İvo Yosipoviçin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü başa çatdıqdan sonra Azərbaycan-Xorvatiya sənədlərinin imzalanması mərasimi olub. Lent.az-ın AzərTAC-a istinadən verdiyi məlumata görə, “Azərbaycan Respublikası Hökuməti və Xorvatiya Respublikası Hökuməti arasında minalara qarşı fəaliyyət və minalardan təmizləmə sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu Azərbaycan Respublikası Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) direktoru Nazim İsmayılov və Xorvatiya Respublikası xarici və Avropa işləri üzrə nazirinin müavini Yoşko Klisoviç, “Azərbaycan Respublikası Hökuməti və Xorvatiya Respublikası Hökuməti arasında diplomatik və xidməti pasportlara malik şəxslərin viza tələblərindən azad edilməsi haqqında Saziş”i xarici işlər naziri Elmar Məmmədyarov və Yoşko Klisoviç imzalayıblar.
“Azərbaycan Respublikası və Xorvatiya Respublikası arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş”i isə xarici işlər naziri Elmar Məmmədyarov və Xorvatiya baş nazirinin birinci müavini, iqtisadiyyat naziri Radimir Çaçiç imzalayıblar.


Bu yazı ( 150 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar