12px14px16px18px

Havalar isinir: 11 dərəcə isti olacaq

12:17 / 12.03.2012
Martın 13-ü və 14-də Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz keçəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Lent.az-a verilən xəbərə görə, martın 13-də gündüz əsasən, yağmursuz keçəcəyi gözlənilir. Səhər və axşam yarımadanın bəzi yerlərində zəif duman olacaq. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 1-3 dərəcə isti, gündüz 6-11 dərəcə isti olacağı gözlənilir.
Martın 14-də gün ərzində əsasən, yağmursuz keçəcəyi, səhər və axşam bəzi yerlərdə duman olacağı, gecəyə doğru isə havanın tutulacağı gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 1-3 dərəcə isti, gündüz 6-11 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında martın 13-də gün ərzində hava əsasən yağmursuz olacaq. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 4 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 8-13 şaxta, gündüz 0-5 dərəcə isti olacağı gözlənilir. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 13-18 şaxta olacaq.


Bu yazı ( 150 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar