12px14px16px18px

Cəbhədə vəziyyət yenidən gərginləşib

10:49 / 05.03.2012
Düşmən bütün istiqamətlərdə cavab atəşi ilə susdurulub.
Cəbhədə vəziyyət yenidən gərginləşib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən Lent.az-a bildirilib ki, Ermənistan silahlı qüvvələrinin bölmələri martın 4-də saat 15.25-dən 15.30-dək və 21.00-dan 21.05-dək Ağdam rayonunun Yusifcanlı və Cavahirli kəndləri yaxınlığında yerləşən mövqelərdən, saat 19.15-dən 19.30-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 21.10-dan 21.25-dək Tərtər rayonunun Çiləbürt kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 22.10-dan 22.18-dək Ermənistan Respublikasının Noyenberyan rayonunun Voskepar kəndində yerləşən mövqelərdən Qazax rayonunun Aşağı Əskipara kəndində yerləşən mövqelərimizi, martın 5-də saat 02.15-dən 02.20-dək Ermənistan Respublikasının İcevan rayonunun Azatamüt kəndində yerləşən mövqelərdən Qazax rayonunun Cəfərli kəndində yerləşən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub.Düşmən cavab atəşi ilə susdurulub.


Bu yazı ( 111 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar