12px14px16px18px

“Yay düşərgələrinin bərpasına ehtiyac var”

00:40 / 01.05.2012
“Son 4 ay ərzində komitəmiz tərəfindən uşaq hüquqları ilə bağlı bir neçə dinləmələr keçirilib. Yaxın günlərdə keçirilməsi nəzərdə tutulan növbəti dinləmələrimiz isə uşaqlar və yeniyetmələrin asudə vaxtlarını necə keçirməsi ilə bağlı olacaq ki, elə bu da uşaq hüquqları ilə birbaşa əlaqəlidir”. Bunu jurnalistlərlə söhbətində Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli dilə gətirib. Onun qeyd etdiyinə görə, uşaq hüquqlarının yüksək səviyyədə təmin edilməsi, xüsusilə, uşaqlara qarşı zorakılıq hallarının aradan qaldırılmasında daha effektiv nəticənin əldə olunması üçün yay düşərgələrinin bərpası vacibdir: “Sovetlər dövründə yay düşərgələri fəaliyyət göstərərdi və bu uşaqlara, yeniyetmələrə öz asudə vaxtlarını səmərəli keçirmək baxımından müsbət təsirini göstərərdi. Amma çox təəssüflər olsun ki, son illərdə bu düşərgələrin sayı minimuma enib. Ona görə belə hesab edirəm ki, uşaq hüquqlarının daha yüksək səviyyədə təmin edilməsi üçün yay düşərgələrinin bərpasına, daha doğrusu, onların sayının artırılmasına, həmçinin uşaqlar, yeniyetmələr arasında maarifləndirmənin, təbliğatın gücləndirilməsinə ehtiyac var”.
KAMİL




Bu yazı ( 97 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar