12px14px16px18px

Gülər Əhmədova: “Cinayət Məcəlləsinə dəyişikliklər edilməlidir”

00:38 / 01.05.2012
“Uşaq hüquqları, eləcə də uşaqlarla bağlı zorakılıq hallarının aradan qaldırılması istiqamətində mübarizənin gücləndirilməsi ilə əlaqədar Cinayət Məcəlləsinə bir sıra dəyişikliklər edilməlidir”. Bunu mətbuata açıqlamasında Respublika Uşaq Təşkilatının sədri, millət vəkili Gülər Əhmədova dilə gətirib. Millət vəkilinin dediyinə görə, uşaqlara qarşı zorakılıq hallarına yol vermiş, xüsusilə, onları cinsi istismara məruz qoymuş şəxslərin yenidən əvvəlki iş yerlərinə bərpası məsələsinə qanunvericiliklə qadağa qoyulmalıdır: “Çox təəssüflər olsun ki, uşaqlara qarşı zorakılıq hallarına yol vermiş, xüsusilə onları cinsi istismara məruz qoymuş şəxslər sonradan əvvəlki iş yerlərinə bərpa olunurlar. Ancaq hesab edirəm ki, bu olduqca yolverilməzdir. Həmin şəxslərin yenidən əvvəlki iş yerlərinə qayıtması və bərpası heç cür düzgün deyil. Bununla bağlı hesab edirəm ki, Cinayət Məcəlləsinə bir sıra dəyişikliklər olunmalıdır. Həmin dəyişikliklərə əsasən, uşaqlara qarşı zorakılıq hallarına yol vermiş, xüsusilə onları cinsi istismara məruz qoymuş şəxslərin yenidən əvvəlki iş yerlərinə bərpası məsələsinə qanunvericiliklə qadağa qoyulmalıdır. Bu məsələdə, qardaş Türkiyənin və ya digər dövlətlərin təcrübəsindən istifadə etmək olar. Artıq Türkiyədə bununla bağlı qanunvericilik istiqamətində çox ciddi addımlar atılır, biz də onların bu təcrübəsindən istifadə edə bilərik”.
KAMİL



Bu yazı ( 97 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar