12px14px16px18px

Konstantin Yerokostopulos: “Hər gün Avropada milyonlarla uşaq zorakılığa məruz qalır”

00:23 / 01.05.2012
“Hər gün Avropada milyonlarla uşaq zorakılığa məruz qalır”. Bunu isə sözügedən konfransda çıxışı zamanı Avropa Şurası (AŞ) baş katibinin Azərbaycandakı xüsusi nümayəndəsi Konstantin Yerokostopulos dilə gətirib. AŞ rəsmisinin bildirdiyinə görə, uşaqlara qarşı zorakılıq həm silahlı münaqişələr zamanı, həm də müxtəlif istiqamətlərdə baş verir: “Bu gün uşaqlara qarşı zorakılıq halları müxtəlif xarakterlidir. Ancaq bunlar arasında daha çox rast gəlinən və ciddi narahatçılıq doğuranı uşaqların cinsi zorakılığa məruz qalması hallarıdır. Bu gün uşaqlara qarşı cinsi istismar daha çox özünü göstərməkdədir”. O qeyd edib ki, zorakılığa qarşı mübarizə ilə bağlı regional və beynəlxalq sazişlərin olmasına baxmayaraq, bu hallar hələ də mövcud olmaqda və davam etməkdədir: “Ona görə də, bu kimi hallara qarşı mübarizə çox vacibdir. Biz Avropa Şurası olaraq bu məsələni çox diqqət mərkəzində saxlayırıq. Elə bugünkü tədbir də, bunun tərkib hissəsi sayıla bilər. Biz ümumiyyətlə Azərbaycanda belə bir tədbirin keçirilməsini və uşaqlara qarşı zorakılıq mübarizəsini çox müsbət qiymətləndiririk. Eyni zamanda bir təşkilat olaraq istəyirik ki, bu məkana daxil olan hər bir ölkədə uşaqlara qarşı zorakılıqla bağlı mübarizəyə həsr olunmuş milli strategiyalar işlənib hazırlansın. Biz bu məsələdə dövlətlərin dəstəyinə ciddi ehtiyac duyuruq”.
Kamal İmamverdiyev: “Ailə-məişət zorakılıqlarının 40%-ni uşaqlara qarşı zorakılıq halları təşkil edir”
“Azərbaycanda ailə-məişət zəminində zorakılıq və cinayət hallarının 40%-ni uşaqlara qarşı zorakılıq və cinayət təşkil edir”. Bunu da öz növbəsində Daxili İşlər Nazirliyinin (DİN) şöbə müdiri Kamal İmamverdiyev qeyd edib. DİN rəsmisinin qeyd etdiyinə görə, uşaqlara qarşı zorakılıqla bağlı cinayət hallarının içərisində cinsi zorakılıq halları daha çox üstünlük təşkil etməkdədir. Bununla belə, o qeyd edib ki, ailə-məişət zorakılıqları zəminində uşaqlara qarşı zorakılıq halları digər Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələri ilə müqayisədə Azərbaycanda 2-5 dəfə aşağıdır: “Bunun özü müsbət bir məqamdır, ancaq bu heç də bizə nikbinlik üçün əsas vermir, bəraət qazandırmır. Bu bizdən daha çox bu məsələyə diqqət yetirməyimizi zəruri və vacib edir. Uşaqlarla bağlı zorakılıq və cinayət hallarına qarşı mübarizəyə daha çox diqqət yetirilməsinə ehtiyac var”. K.İmamverdiyev onu da qeyd edib ki, ötən müddət ərzində zorakılığın bu və ya digər hallarına məruz qalmış 500-ə yaxın uşağa hüquqi yardım edilib: “Eyni zamanda nazirliyin hüquqi yardım klinikasına 300-ə yaxın uşaq cəlb etmişik. Həm onların özləri, həm valideynləri ilə fərdi qaydada işlər aparmışıq və aparılır”.
KAMİL



Bu yazı ( 103 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar