12px14px16px18px

Əli Həsənov: “Azadlıq” qəzeti yazmalıdır ki, Prezident İlham Əliyevdən üzr istəyirik”

“ƏKS HALDA QƏZETİN YALAN İNFORMASİYAYA GÖRƏ HÜQUQİ MÜSTƏVİDƏ CAVAB VERƏCƏYİ QAÇILMAZDIR”

05:46 / 28.04.2012
“Hesab etmirəm ki, “Azadlıq” qəzeti Prezident İlham Əliyevin qol saatı haqda yaydığı yalan informasiyaya görə təkzib verib, üzr istəyib”. Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov aprelin 27-də “Media forum” saytına açıqlamasında belə deyib.
Əli Həsənov bildirib ki, “Azadlıq”ın yaydığı və qəzetin özündə də dərc olunan açıqlamanı təkzib və üzrxahlıq saymırlar: “Azadlıq” qəzeti “Kütləvi informasiya vasitələri haqqında” qanuna əməl etmir. Qəzet açıq formada qanuna əməl etməkdən yayınır. Yalan, özü də bilərəkdən yayılmış yalan informasiyanı hələ ki, təkzib etməyiblər. “Azadlıq” qəzeti təkzibin formasını və normasını hamıdan yaxşı bilir. Yazmalıdırlar ki, “Azadlıq” qəzetinin filan sayında Prezident İlham Əliyevin qol saatı haqda dərc etdiyimiz informasiya həqiqətə uyğun deyil, məlumatı təkzib edirik və Prezident İlham Əliyevdən üzr istəyirik. Əks halda qəzetin bu yalan informasiyaya görə hüquqi müstəvidə cavab verəcəyi qaçılmazdır. Biz gözləyirik”.
“Azadlıq” qəzetinin 24 aprel sayında “İlham Əliyev 800 min dollarlıq saat taxır” başlıqlı xəbər dərc olunub. Həmin gün prezidentin mətbuat xidməti bu xəbərlə bağlı təkzib məlumatı yayıb: “Prezident İlham Əliyev qəzetin təsvirinə qətiyyən uyğun gəlməyən, adi metaldan hazırlanmış, sadə və bahalı olmayan saat bağlayır. Cənab prezident təbiətcə təvazökar olduğuna görə, həyatda və davranışında hər zaman sadəliyə üstünlük verir. “Azadlıq” qəzeti yalan məlumatın dərc olunduğu zamandan etibarən 3 gün ərzində təkzib verməklə üzr istəməzsə, məsələnin hüquqi müstəvidə həlli ilə bağlı məhkəməyə müraciət ediləcək”.




Bu yazı ( 182 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar