12px14px16px18px

Qüdrət Həsənquliyev:“İctimai Palata “Eurovision-2012” mahnı müsabiqəsi başa çatanadək aksiyaları dayandırmalıdır”

05:38 / 28.04.2012
“Hesab edirəm ki, ötən il aprelin 2-də baş verən hadisələrə görə həbs edilmiş şəxslər azad olunmalı, İctimai Palata isə “Eurovision-2012” mahnı müsabiqəsi başa çatanadək aksiyaları dayandırmalıdır”. Bunu millət vəkili Qüdrət Həsənquliyev dilə gətirib.Onun dediyinə görə, İctimai Palatada təmsil olunan siyasətçilərin bir hissəsi başa düşür ki, əhalinin onların keçirdiyi aksiyalara göstərdiyi münasibətlə hökumətə təsir göstərmək , iqtidarı bu və ya digər addımı atmağa sövq etmək mümkün deyil. Millət vəkilinin fikrincə, əksinə, yaranmış vəziyyətdən yalnız Azərbaycanın bədxahları istifadə edə bilər və İctimai Palatada təmsil olunan sağlam qüvvələr baş verənlərin fərqində olmalı, daha dərindən düşünərək qərar qəbul etməlidirlər: “Məhbusların azad edilməsinə gəldikdə isə, höküməti bu məsələdə daha müdrik və çevik siyasət yürütməyə çağırıram. Belə siyasət isə yeri gələndə ölkənin maraqları naminə bir addım güzəştə getmək bacarığı tələb edir. Düşünürəm ki, 9 May, yaxud mərhum Prezident Heydər Əliyevin doğum günü ərəfəsində əfv imzalamaqla bu problemi aradan qaldırmaq olar”.
VAHAB



Bu yazı ( 155 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar