12px14px16px18px

Fəzail İbrahimli: “Dövlət maliyyələşməsi partiyaların sahib olduqları gücü ortaya çıxaracaq”

02:00 / 19.04.2012 “Partiyaların dövlət büdcəsindən maliyyələşməsi Azərbaycanın siyasi sferasında yeni bir eranın başlanğıcıdır”. Bunu mətbuata açıqlamasında Vətəndaş Həmrəyliyi Partiyasından (YAP) olan millət vəkili Fəzail İbrahimli dilə gətirib. Maliyyələşmənin siyasi partiyaların fəaliyyətinə müsbət təsir göstərəcəyini deyən millət vəkili hesab edir ki, bu proses ölkəmizdəki demokratiyanın daha da inkişafına öz müsbət təsirini göstərəcək. Onun sözlərinə görə, eyni zamanda, bu məsələ siyasi partiyaların sahib olduqları gücü ortaya çıxaracaq. Millət vəkili onu da qeyd edib ki, ölkəmizdə kifayət qədər elektoratı olub, ancaq maliyyə baxımından sıxıntı keçirən partiyalarla yanaşı heç bir üzvü olmayan, siyasi proseslərə təsir göstərə bilməyən qurumlar da var: “Eyni zamanda, kənardan maliyyələşən partiyalar da mövcuddur. Ona görə də maliyyələşmə məsələsinin ciddi müzakirəyə ehtiyacı var və bu məsələdə ortaq məxrəc tapılmalıdır. Çünki elə partiyalar var ki, parlamentdə çoxluq təşkil edir, digər partiyalar isə Milli Məclisdə azlıq təşkil etməsinə baxmayaraq, ictimai siyasi proseslərdə fəal iştirak edir. Elə partiya da var ki, heç bir elektoratı yoxdur. Təbii ki, böyük və kifayət qədər elektoratı olan, ictimai-siyasi proseslərə təsir göstərən partiyalar bu məsələdə fərqlənməlidir. Ciddi araşdırmalar aparılmalı, say tərkibi müəyyənləşməlidir. Bütün bunlar nəzərə alınmalıdır”.
VAHAB











Bu yazı ( 101 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar