12px14px16px18px

“Yandıra-yandıra gedirsiniz...”

RUSIYA XARICI IŞLƏR NAZIRININ BƏYANATLARI MILLƏT VƏKILLƏRININ ETIRAZINA SƏBƏB OLUB

13:28 / 07.04.2012
Dünən Milli Məclisin növbəti iclasında millət vəkilləri Rusiya xarici işlər nazirinin bəyanatlarına etirazlarını bildiriblər.
Cari məsələlər üçün ayrılmış vaxtda çıxış edən millət vəkili Qüdrət Həsənquliyev Rusiya xarici işlər naziri Sergey Lavrovun Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bəyanatlarına toxunub.
O, Azərbaycan torpaqlarının işğalında Rusiyanın iştirak etdiyini də bildirib. Spiker Oqtay Əsədov isə mərhum aktyor Bəşir Səfəroğlunun bir tamaşasından sitat gətirib: “Qüdrət bəy, Bəşir Səfəroğlu demişkən, yandıra-yandıra gedirsiz. Gah deyirsiniz ki, Fransa ATƏT-in Minsk qrupunun həmsədrliyindən uzaqlaşdırılmalıdır, indi də Rusiyadan danışırsınız. Rusiya ATƏT-in həmsədrlərindən biridir. Təkcə Rusiya prezidentinin təşəbbüsü ilə Azərbaycan və Ermənistan prezidentləri arasında 1 il ərzində 10 görüş keçirilib”.
Millət vəkili Zahid Oruc da Sergey Lavrovun Ermənistanda səsləndirdiyi bəyanata toxunub: “Sergey Lavrov Ermənistanda dedi ki, Dağlıq Qarabağın taleyini Qarabağ xalqı müəyyənləşdirəcək. Bu bəyanat diqqət çəkməyə bilməz. Ermənistanda Qarabağla bağlı qanun qəbul olunub. Biz də belə bir qanun qəbul etməliyik ki, “Qarabağ xalqı” anlayışı aradan qalxsın”.
Oqtay Əsədov isə Zahid Orucun özünü belə qanun hazırlamağa dəvət edib: “Hazırlayın, görək necə qanun layihəsi hazırlayacaqsınız”.
Kamil HƏMZƏOĞLU





Bu yazı ( 170 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar