12px14px16px18px

Hadi Rəcəbli: “Əgər ailədə mühit yaxşıdırsa, o zaman cəmiyyətdə də mühit yaxşıdır ”

12:22 / 06.04.2012
“Gənc ailələrin sosial müdafiəsi haqqında” qanun layihəsi çox güman ki, parlamentin gələn ilki yaz sessiyasının müzakirəsinə çıxarılacaq.Çünki bununla bağlı artıq parlament rəhbərliyinin müsbət mövqeyi və razılğı ortalıqdadır”. Bu fikirləri parlamentin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli dilə gətirib. Komitə sədri qeyd edib ki, bu məsələnin həlli olduqca önəmlidir.
“ Bəs görəsən, gənc ailələrin sosial-müdafiəsi nə üçün bu gün daha çox önəmlidir, nə üçün bu qanun layihəsi bu qədər yubanırdı? Önəmlidir ona görə ki, cəmiyyət dövlətin ilk təşkilatıdır, cəmiyyətin də ilk təşkilatı ailədir. Ailədə əgər mühit yaxşıdırsa, deməli, cəmiyyətdə də mühit yaxşıdır. Ona görə biz istəyirik ki, gənc ailəni bünövrəsindən möhkəm quraq. Məsələn, orada hansı məqamlar ehtiva olunur və ya oluna bilər? Birinci məqam odur ki, imkanı məhdud, imkansız gənc ailələrin müəyyənləşdirilməsi mexanizmi tapılıb ortaya qoyulsun. Necə edək imkansız ailələr bu sosial müdafiədən daha çox yararlana bilsinlər. Yəni, burada əsas məqam bu ailələrə faizsiz kreditin verilməsidir. Ola bilər 20 il olsun, ola bilər 30 il olsun. İkincisi, nikaha girən sosial durumu ağır olan ailələrə ipoteka kreditinin verilməsi məsələsidir. Məhz bu kreditlə onlar gedib ev ala bilər. Üçüncüsü, bu iki nəfərdən birinə, nikaha girənlərin ikisindən birinə kvota ayırmaq- iş yeri yaratmaq məsələsidir. Bu da ciddi məsələdir ”.
Komitə sədrinin dediyinə görə, burada digər məqam bu qrup insanların sosial- psixoloji adaptasiyası məsələsidir: “ Təbii ki, ailə qurularkən başqa bir mühit yaranır. Ayrı-ayrı ailələrdən olan insanlar yeni bir ailə yaradırlar və burada da insanların xarakterinin uyğunluğu, necə deyərlər, min dənə məsələ var . Odur ki, sosial hüquqi yardım xidməti, sosial psixoloji xidmət olmalıdır. Həmçinin, nikaha girməmişdən öncə bir aylıq xüsusi kursları keçmək, ər-arvadlıq münasibətləri necə olur, necə qurulur, adam-adamı necə yola verər, necə olar ki, boşanmaların sayı azalsın, bunların hamısı təbii ki, həmin sənəddə ehtiva olunmalıdır. Bu baxımdan, biz qanun layihəsində düşünüb bunun formasını tapacağıq, ehtiva edəcəyik. Dünya ölkələrinin də qanunları əlmizdə var və bu qanunun maliyyə tutumlu olduğuna görə, biz bunu bir az yubadırıq. Amma mən düşünürəm ki, bunu gələn yaz sessiyasında ortaya qoya biləcəyik”.
KAMİL



Bu yazı ( 97 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar