12px14px16px18px

İntiqam Babayev: “Nazirlik tərəfindən gənclərlə bağlı 450 layihə dəstəklənib”

12:08 / 06.04.2012
“Bu gün Azərbaycan əhalisinin üçdə birini gənclər təşkil edir.Bu baxımdan, gənclərin ölkənin vətəndaş cəmiyyətinin inkişafında rolunun və iştirakının artırılması məsələsi Azərbaycan dövlətinin başlıca prioritetlərindəndir”. Bu fikirləri gənclər və idman nazirinin müavini İntiqam Babayev dilə gətirib. Nazir müavininin qeyd etdiyinə görə, ötən dövr ərzində Azərbaycanda fəaliyyət göstərən 200-yə gənclər qeyri-hökumət təşkilatları Gənclər və İdman Nazirliyi ilə yaxından əməkdaşlıq edir. İ. Babayev eyni zamanda qeyd edib ki, məhz 2005-2011-ci illərdə nazirlik tərəfindən 450 layihə dəstəklənib ki, bunun da maliyyə tutumu 6 milyon təşkil edir. Onun həmçinin bildirdiyinə görə, gənclər, gənclər siyasəti ilə bağlı qanunların hazırlanması və qəbulunda da gənclərin, gənclər təşkilatlarının yaxından iştirakı təmin edilib: “Ümumiyyətlə, onu qeyd edim ki, sonuncu bələdiyyə seçkilərindən sonra yerli özünüidarəetmə orqanlarında təmsil olunanların təxminən 28 faizi ölkə gəncləridir. Bələdiyyə sədrlərinin təxminən 300-yə yaxını yenə gənclərdir. Bununla yanaşı, son illər dövlət qulluğuna cəlb olunanların 61 faizini məhz gənclər təşkil edir ki, bunun özü də Azərbaycanda dövlət səviyyəsində gənclərin cəmiyyət həyatının inkişafında iştirakına necə böyük önəm verildiyini əyani sübut edir”.
VAHAB



Bu yazı ( 89 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar