12px14px16px18px

“Avronest” PA-nın növbəti sessiyası 2013-cü ilin mayında keçiriləcək

13:55 / 05.04.2012
“Avronest” Parlament Assambleyasının (PA) növbəti üçüncü sessiyası 2013-cü ilin 28-29 may tarixlərində keçirilə bilər. Bu barədə sözügedən PA-nın Bakıda keçirilən ikinci sessiyasında məlumat verilib. Sessiya zamanı bildirilib ki, “Avronest” PA-nın növbəti, üçüncü sessiyası Belçikanın paytaxtı Brüssel şəhərində və yaxud Fransanın Strasburq şəhərində keçiriləcək. Sessiyaya qədər isə “Avronest” PA-nın daimi komitələrinin iclasları öz işini həyata keçirəcək. Sessiya zamanı həmçinin “Avronest” PA-nın prosedur qaydaları üzrə İşçi Qrupun səlahiyyətlərinin növbəti, üçüncü sessiyaya qədər uzadılması ilə bağlı qərar qəbul olunub.
Bununla yanaşı, növbəti sessiyaya kimi İşçi Qrupunun səlahiyyətləri ilə bağlı bəzi dəyişikliklərin edilməsi nəzərdə tutulur. Sessiyada eyni zamanda “Avronest” PA-nın Belarus üzrə işçi qrupunun səlahiyyətlərinin uzadılması və genişləndirilməsi ilə bağlı qərar qəbul edilib. “Avronest” PA bürosu tərəfindən təklif olunan qərar layihəsinə görə, Belarus üzrə işçi qrupunun səlahiyyətləri bu qurumun 2013-cü ildə keçiriləcək növbəti, üçüncü sessiyasına qədər uzadılır.
Kamil HƏMZƏOĞLU



Bu yazı ( 84 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar