12px14px16px18px

“Avronest” Parlament Assambleyasının komitəsinin hesabatında Qarabağla bağlı məsələ olacaq

13:53 / 05.04.2012
“Avronest” Parlament Assambleyasının (PA) Siyasi məsələlər üzrə komitəsinin növbəti hesabatında regionun təhlükəsizliyi qarşısında duran təhdidlər öz əksini tapacaq.
Bunu “Avronest” PA-nın Bakıda keçirilən növbəti 2-ci sessiyasının yekunlarına həsr olunmuş mətbuat konfransında qurumun həmsədrləri Kristian Vigenin bildirib. “Burada Dağlıq Qarabağla yanaşı, Moldova və Gürcüstanda olan münaqişələr də əks olunacaq”, – o deyib. O qeyd edib ki, Parlament Assambleyası olaraq çalışırlar ki, tərəflər arasında etibar yaratsınlar. “Ermənistan və Azərbaycan da Minsk qrupuna yardım etməlidir ki, bu məsələ öz həllini tapsın”, – o deyib.
“Avronest”in münaqişənin həlli ilə bağlı qərar qəbul etmək səlahiyyətinin olmadığını bildirən Vigenin eyni zamanda qeyd edib ki, gələcəkdə qurumun hər hansı hesabatlarında bu münaqişə ilə bağlı məsələnin əks olunacağını istisna etməyib.
Kamil HƏMZƏOĞLU




Bu yazı ( 82 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar