12px14px16px18px

Payızda “Avronest” Parlament Assambleyasının Gənclər Forumu keçiriləcək

13:52 / 05.04.2012
Bu ilin payızında “Avronest” Parlament Assambleyasının Sosial məsələlər, təhsil, mədəniyyət, vətəndaş cəmiyyəti üzrə komitəsinin təşkilatçılığı ilə “Şərq tərəfdaşlığı” ölkələrinin Gənclər Təşkilatlarının Forumu keçiriləcək. Bu barədə “Avronest” PA-nın Bakıda keçirilən ikinci, növbəti sessiyasında sözügedən komitənin həmsədri Artak Zakaryan məlumat verib. Onun bildirdiyinə görə, həmin forumda “Şərq tərəfdaşlığı” ölkələrinin gənclər təşkilatları, və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edəcəklər. O qeyd edib ki, forumla bağlı öncədən “Gənclər və məşğulluq” adlı hesabatın hazırlanması nəzərdə tutulur ki, bu hesabatı da bir nəfər Avropa İttifaqının nümayəndəsi, bir nəfər Azərbaycan, bir nəfər isə Ermənistan tərəfinin nümayəndəsi hazırlayacaq.
A.Zakaryan sonra bildirib ki, komitə həmçinin bu ilin payızında Belçikanın Brüssel şəhərində kinofilmlər üzrə həftəliyin keçirilməsi təşəbbüsünü irəli sürür: “Bu həftəlikdə əsasən “Şərq tərəfdaşlığı”na daxil olan ölkələrin təmsilçilərinin iştirakı nəzərdə tutulur”.
Kamil HƏMZƏOĞLU



Bu yazı ( 83 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar