12px14px16px18px

Fərəc Quliyev: “Avropa İttifaqı Qarabağ münaqişəsinin həllinə dair forum təşkil etməlidir”

13:52 / 05.04.2012
Avropa İttifaqı Cənubi Qafqazda münaqişələrin həlli üzrə təşəbbüsü üzərinə götürməlidir.
Bunu Bakıda Avronest PA-nın növbəti sessiyasının son iş günündə keçirilən plenar iclasında Azərbaycanlı deputat Fərəc Quliyev bildirib. “Həm Gürcüstan, həm Azərbaycan, həm Ermənistan Avropa birliyinin Şərq Tərəfdaşlıq proqramının üzvüdür və köhnə qitəyə inteqrasiya olunmağa çalışır. Avropa birliyinin Cənubi Qafqaz və Gürcüstan üzrə xüsusi nümayəndələri var”, – o deyib. Onun sözlərinə görə, hazırda Ermənistan – Azərbaycan münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğuldur. “Lakin ATƏT Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı müzakirələrdə forum rolunu oynayır”, – o deyib.
Azərbaycanlı deputat təklif edib ki, Avropa İttifaqı bu münaqişənin həlli ilə bağlı bir forum təşkil etsin ki, orada da müzakirələr nəticəsində yol xəritəsi göstərilsin.
Kamil HƏMZƏOĞLU




Bu yazı ( 85 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar