12px14px16px18px

Kristian Vigenin: “Həyatda və siyasətdə kamil heç nə yoxdur”

13:51 / 05.04.2012
İnsan hüquqları vəziyyəti, demokratiyanın inkişafı ilə bağlı məsələlər çox ciddi məsələlərdir. Bunlar ciddi yanaşma və ciddi səylər tələb edir. Bu fikirləri “Avronest” Parlament Assambleyasının (PA) həmsədri Kristian Vigenin bu gün sözügedən qurumun Bakıda keçirilən ikinci növbəti sessiyasının yekunlarına həsr olunmuş mətbuat konfransında dilə gətirib. Onun sözlərinə görə, bu məsələlər Azərbaycan üçün də vacib və tələb olunan məsələlərdir: “İki gün öncə Azərbaycan Prezidenti ilə görüşümüzdə də belə anlaşıldı ki, ölkənizdə bu istiqamətdə irəliyə doğru addımlar atılır, təkmilləşdirmələr aparılır.
Biz də “Avronest” olaraq öz tərəfimizdən bu məsələlərin gedişatını izləyəcəyik. Həyatda da, siyasətdə də kamil şəxs, kamil heç nə yoxdur.
Bu cür məsələlər qarşılıqlı anlaşma, qarşılıqlı əməkdaşlıq tələb edir. Biz də öz tərəfimizdən bu məsələləri izləməklə yanaşı, onların həllinə dəstəyimizi də göstərəcəyik. İstəyirik ki, bu məsələlərlə bağlı Azərbaycanın öz daxilində hakimiyyətlə, parlamentlə bir dialoq olsun. Bu çox vacib və önəmli məsələdir”.
Kamil HƏMZƏOĞLU






Bu yazı ( 83 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar