12px14px16px18px

Azay Quliyev: “Demokratiyadan danışıb, özlərində azad və dinc nümayişləri gülləbaran edən ölkələr var”

00:47 / 04.04.2012  
Elə ölkələr var ki, demokratiyadan danışdıqları halda öz ölkələrində azad və dinc nümayişləri gülləbaran edirlər. Bu fikri “Avronest” Parlament Assambleyasının (PA) ikinci növbəti sessiyasının plenar iclasında vətəndaş cəmiyyətinin inkişafı ilə bağlı məsələnin müzakirəsi zamanı Azərbaycanın sözügedən qurumdakı nümayəndə heyətinin üzvü Azay Quliyev dilə gətirib. A.Quliyevin bildirdiyinə görə, ondan bir müddət öncə çıxış edən Ermənistanın “Avronest” PA-dakı nümayəndə heyətinin üzvü Styopa Safaryan insan hüquqlarının vəziyyəti ilə bağlı Azərbaycan hökumətinə ünvanlanan əsassız bəhanələr səsləndirib: “Onun nəzərinə çatdırmaq istəyirəm ki, çıxışında səsləndirdiyi fikirlər tam olaraq əsassızdır. O, burada “Müsavat” partiyasının adını çəkdi, hansı ki, bu partiya Avropa Sosialistləri Blokuna deyil, Avropa Liberallar Blokuna aid bir partiyadır. Elə ölkələr var ki, demokratiyadan danışdıqları halda öz ölkələrində azad və dinc şəkildə etiraz aksiyaları keçirən insanları vaxtı ilə gülləbaran, bombardman etmişdilər. Düzdür, burada hər kəs öz mövqeyini səsləndirə bilər, lakin hesab edirəm ki, bir çoxları etik normaları da gözləməlidirlər. Mən eyni zamanda “Avronest” PA-nın sosial məsələlər, təhsil, mədəniyyət və vətəndaş cəmiyyəti üzrə komitəsinin həmsədri Laima Andrikienin çıxışına da öz fikrimi bildirmək istəyirəm. Dünən onun həmsədr olduğu komitənin iclasında Azərbaycanın yeddi nəfər vətəndaş cəmiyyəti nümayəndəsi iştirak etmişdi. Lakin indi belə görünür ki, o, yalnız bir nəfərin fikirlərini əsas götürür. Onun buradakı çıxışı məndə belə bir təəssürat yaratdı və təəssüf hissi doğurdu”.
 Kamil HƏMZƏOĞLU


Bu yazı ( 91 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar