12px14px16px18px

“Faşist” sözü erməni deputatı özündən çıxardı

00:50 / 04.04.2012
 “Dünən burada bizim ölkəmiz faşist adlandırılıb”. Bunu Avronest Parlament Assambleyasının II sessiyasının plenar iclası zamanı Ermənistanın bu qurumda nümayəndə heyətinin rəhbəri Vahan Hovannesyan yerdən söz alaraq deyib: “Biz bunu gözləyirdik və təəssüf ki, bu oldu. Bizə qarşı təbliğat başlanıldı. Ermənilərə qarşı nifrət hissi oyadan çıxışlar oldu. Biz buna dərin narahatçılığımızı ifadə edirik. Xahiş edirik, qarşılıqlı anlaşma mühitinə zərbə vuran şəxslər bura çıxışçı qismində dəvət edilməsinlər. Qorxuram ki, bu mürəkkəbliklər bizim ümumi işimizə mənfi təsir göstərsin”. Buna cavab olaraq millət vəkili Fuad Muradov Ermənistan nümayəndə heyətinin keçən iclasda olduğu kimi bu dəfə də iclasın pozulması istiqamətində addımlarını davam etdirdiyini qeyd edib. “Biz bütün məsələləri sivil qaydada həll etməyə çalışırıq. Hər bir insanın bu sessiya çərçivəsində keçirilən komitə iclasları zamanı öz fikrini bildirməsi imkanı var idi. Biz istər Strasburqda, istər Brüsseldə, istərsə də Vaşinqtonda çıxışlarımız zamanı qaldırdığımız məsələlərin üzərində qalırıq və öz mövqeyimizi bir daha müdafiə edirik. Mən “Avronest” PA-nın üzvlərindən xahiş edirəm ki, onlar imkan verməsinlər ki, bizim iclasımız pozulsun”. Təkrar çıxış edən V.Hovannesyan qeyd edib ki, “mən inanıram ki, istər Ermənistan, istərsə də Azərbaycan nümayəndə heyəti üzvlərinin mövqeyi, çıxışları hökumət nümayəndələrinə təsir göstərəcək. Onlar da daha konstruktiv, daha sülh ruhunda çıxışlar edəcəklər”. Öz növbəsində çıxış edən, millət vəkili Məlahət İbrahimqızı Ermənistan nümayəndə heyətinin emosional çıxışlarının səbəbini başa düşə bilmədiyini qeyd edib. “Biz BMT-nin və digər sənədlərə istinad edərək danışmışıq. Əgər onların etirazları varsa, BMT-nin və digər beynəlxalq təşkilatların sənədlərinə etiraz etsinlər”.
Kamil HƏMZƏOĞLU


Bu yazı ( 98 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar